mühacirət etmək (başqa ölkəyə köçmək)

to take off overseas (to emigrate) cвалить (отвалить) за бугор (выехать за границу, эмигрировать)
müftə yemək (müftə almaq)
müharibəyə nəhayət vermək
OBASTAN VİKİ
Mühacirət
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi ideoloji münaqişələrin məhsulu kimi ortaya çıxan mühacirət ümumbəşəri bir problemdir. Mühacirət (latınca "emiqro" — köçürəm, çıxıram) — daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin toplusudur. Mühacirətin tarixi uzaq keçmişdən başlamışdır. Qədim imperiyaların, sonralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb olmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı olmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı soyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sosial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yeni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yeni qurulmuş sovet hakimiyyətinin ideya düşmənləri, keçmiş sahibkarların əksəriyyəti ölkəni tərk edərək, mühacirətə getmişdi. Ilk dəfə olaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Başqa bir xoşbəxtlik (roman)
"Başqa bir xoşbəxtlik" - Mark Levi tərəfindən yazılmış roman. == Məzmun == Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə? Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar. ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
Başqa dünya (film, 2003)
Qaranlıqlar ölkəsi (Underworld) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Şəhərlərdə yaşayan insanlar yeraltında nələr baş verdiyini bilmirlər. İki fərqli irq arasında yaşanılan gərginliyin isə heç fərqinə varılmır. Yerin altı aristokrat vampirlərlə küçələrə hakim olan qurd adamlar – Lycanlar arasında bölünmüş vəziyyətdədir. Bu yeraltı dünyası bir vampirin bir Lycana aşiq olması ilə alt-üst olur. Qısası, savaş bir vampirin bir qurd adamı sevməsi ilə başlayır!
Birinci qisasçı: Başqa müharibə
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Başqa Boleyn qızı (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. == Film haqqında == Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Sinif müharibəsindən başqa müharibə yoxdur!
"Sinif müharibəsindən başqa müharibə yoxdur!" (ing. No war but the class war!) — anarxist və inqilabçı marksist (xüsusilə trotskiçi və digər kommunist) qruplar tərəfindən istifadə edilən kapitalizm əleyhinə şüar. Bir sıra antiavtoritar və antikapitalist qrupların adı kimi istifadə olunur. Bu şüar müxtəlif marksist qruplar tərəfindən sinfi mübarizənin digər siyasi məqsədlərdən üstünlüyünü vurğulamaq vasitəsi və ümumi antimilitarist şüar kimi geniş istifadə olunurdu. Zənginləri yeyin Нет войны, кроме классовой войны! Либертарианский антимилитаризм тогда и сейчас Борн, Рэндольф, Рикардо Флорес Магон, Гюстав Эрве, Анна Ки, Луи Лекуан, Пьер Рафф и Неконтролируемый из Железной колонны. Библиотека Кейт Шарпли: 2003. 21 страница. Перевод Пола Шарки.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
"I" əməliyyatı və Şurikin digər macəraları" (rus. Операция "Ы" и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar. Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır. Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır. Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur. Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya (ing. Environmental Modification Convention или ENMOD) — iştirakçılarına biota, litosfer, hidrosfer daxil olmaqla, Yerin dinamikasını, tərkibini və quruluşunu dəyişdirmək üçün təbii proseslərin qəsdən idarə olunması yolu ilə ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsi ilə qadağan edən BMT-nin əsas sənədlərindən biri, atmosfer və ya xarici məkan. Konvensiyanın inkişafı SSRİ-nin təşəbbüsü ilə başlandı, imzalanma üçün açılışı 18 may 1977-ci ildə baş verdi və 5 oktyabr 1978-ci ildə qüvvəyə mindi. 1997-ci ilin ortalarından etibarən, SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası da daxil olmaqla 58 dövlət iştirakçı oldu. Müqavilə çərçivəsində iştirakçılar təbiətə yaradıcı təsir və ətraf mühitin dinc istifadəsi sahəsindəki işlər barədə elmi və texniki məlumat mübadiləsində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Konvensiya konstruktiv məqsədlər üçün təbii proseslərə təsirində maneə yaratmır, lakin müddəalarına bütün iştirakçı dövlətlər tərəfindən ciddi şəkildə əməl olunmasını təmin etmək üçün bir sıra sərt tədbirləri nəzərdə tutur. Konvensiyanın müddəalarının pozulması barədə məlumat varsa, istənilən dövlət birbaşa BMT Təhlükəsizlik Şurasına şikayət etmək hüququna malikdir . Bundan əlavə, hər hansı bir iştirakçı ölkənin ətraf mühitdəki şübhəli hadisələrin faktiki hallarını aydınlaşdırmaq və qiymətləndirmək üçün bir aydan gec olmayaraq toplanmalı olan bir Mütəxəssis Məşvərət Komitəsinin çağırılması üçün BMT Baş Katibinə rəsmi bir müraciət göndərmək hüququ vardır. Konvensiyanın razılaşmalarının müddəti məhdud deyil, açıq sənəddir, yəni hər bir dövlət istənilən vaxt müstəqil olaraq ona qoşulmaq hüququna malikdir. Mətni giriş, on məqalə və Əlavədən ibarətdir.